Pictofy

Nədir?

Pictofy, fotoqrafiya ilə məşğul olan insanlar üçün idman və ya əyləncə tədbiri zamanı, professional kameradan mobil tətbiqetməyə şəkilləri köçürmək üçün istifadə olunan proqramdır. İstifadəçilər, qatıldıqları tədbirdə 5 dəqiqə ərzində öz şəkillərinə Pictofy tətbiqetməsindən baxa bilər və öz cihazlarına pulsuz və ya pullu servis şəklində yükləyə bilərlər.

Nə vaxt və kim tərəfindən qurulub?

Pictofy 2018-ci ildə Ayan Abdulova, Nəsibə Məmmədli və Firəngiz Süleymanova tərəfindən qurulmuşdur. Onlarda, Thermonorth kimi ilk dəfə startap ekosistemindəki təcrübələrini Sil. İnnovasiya Mərkəzində akselerasiya proqramından keçməklə yaşamışdırlar.

Hansı nailiyyətləri olub?

ClimateLaunhpad 2018 Azərbacan Finalında ilk üçlüyə daxil ola bilməsələrdə, tamaşaçıların ən sevimli startapı nominasiyasına layiq görüldülər.

Həmin ildə Microsoft şirkətinin Yunanıstanda keçirdiyi “A.I Alice Envisions Future Bootcamp” tədirində iştirak edərək, startap ekosistemində daha dərin biliklərə yiyələndirlər.

Orta təhsili aldıqları TETGimnaziyasında sinifləri Respublikada birinci yerə layiq görülən Pictofy komandası ilin sonlarına doğru “Sabahın Alimləri” 8-ci Respublika Müsabiqəsini 2-ci yerlə tamamlamağı bacarmışdır.

2019-cu ildə isə, Hollandiyanın Hauge şəhərində keçirilən “Global Entrepreneurship Summit”-ə dəvət almış layihə Azərbaycan Amerika və Hollandiya Səfirliklərinin dəstəyi ilə Hollandiyaya yollanmış və orada Azərbaycanı təmsil etmişdir.

İndi hansı mərhələdədir?

Hollandiyadan yenicə geri gələn komanda üzvləri layihələri ilə bir neçə müsabiqəyə daha qatılmağı hədəfləyir. Bir neçə gün əvvəl isə komanda üzvləri BMT, Azərbayan Respublikası Təhsil Nazirliyi və Tələbə-Könülü şəbəkəsinin birgə təşkilatçılığı ilə ərsəyə gələn 48 saatlıq Hakaton proqramında iştirak etmişdirlər.

PictoFy layihəsi öz layihələrinə müxtəlif mənbələrdən ümumilikdə 10,000AZN maliyyə cəlb etməyi bacarmışdır.

Daha ətraflı https://www.instagram.com/pic2fy/