“Respublika İnnovasiya Müsabiqəsi” 11 sentybar 2019-cu il tarixindən başlayaraq İnfo Turlara” start verir. İnfo turların məqsədi gəncləri, sahibkarları, tələbələri “Respublika İnnovasiya Müsabiqəsi” barədə xəbərdar etmək, onların innovativ həllər yönümlü ideyaların və layihələrin icrasına təşviq etməkdir.“Respublika İnnovasiya Müsabiqəsi” info turları çərçivəsində ilk görüş “ADA” universitetində 11 sentyabr 2019-cu ildə baş tutacaqdır. Universitetin tələbə və müəllim kollektivi ilə baş tutacaq görüşdə müsabiqə barədə ətraflı infosessiya keçiriləcək. Görüş zamanı “Respublika İnnovasiya Müsabiqəsi” 2018-in qalibləri və onların uğurları barədə məlumat veriləcəkdir.

Qeyd edək ki, müsabiqənin 2019-cu il üçün qalib olacaq 2 komandası Estoniyada keçiriləcək beynəlxalq “sTARTUp Day” proqramına göndəriləcəkdir! Proqrama iqtisadi, ekoloji və sosial sahələrə aid innovativ layihə və ya ideya ilə müraciət edə bilərsiniz. İstənilən bir sahəyə aid olan yeni, kreativ və orijinal ideyanız ilə elə indi müraciət edin.

Müsabiqəyə müraciət linki: http://ric.az/apply/

Özünüzə və ideyalarınıza güvənin və müraciət edin!