“Respublika İnnovasiya Müsabiqəsi” haqqında daha dolğun məlumat formalaşdırmaq və gəncləri layihədə iştiraka təşviq etmək üçün 11 sentyabr tarixindən İnfo Turlara start verdi.

“Respublika İnnovasiya Müsabiqəsi” info turları çərçivəsində ilk görüş “ADA” universitetində 11 sentyabr 2019-cu ildə baş tutmuşdur. Görüşdə dövlət rəsmiləri, sahibkarlar və bir neçə özəl şirkətin nümayəndələri iştirak edərək müsabiqənin mahiyyəti və əhəmiyyəti haqqında məlumat verdilər.

Görüş zamanı Universitetin tələbə və müəllim kollektivinə “Respublika İnnovasiya Müsabiqəsi” və 2018-ci ilin qalibləri,onların uğurları barədə məlumat verilmişdir.