AMEA-nın Əsas binasında Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) təşkilatçılığı ilə Dayanıqlı İnkişaf Məqsədlərinin təşviq edilməsi məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən elan edilən III “Respublika İnnovasiya Müsabiqəsi”nin təşviqi və maarifləndirilməsi məqsədilə növbəti tədbir keçirilib.

İqtisadiyyat Nazirliyi Dayanıqlı inkişaf və sosial siyasət şöbəsinin müdiri, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının Katibi Cənab Hüseyn Hüseynov çıxışında layihənin məqsədləri və indiyədək görülən işlər haqqında ətraflı məlumat verdi. Bununla yanaşı Cənab Hüseyn Hüseynov maarifləndrimə tədbirlərinin davam edəcəyini və bu prosesin təkcə Bakı şəhəri ilə yekunlaşmayacağını eyni zamanda region gəncləri ilə də görüşlərin olacağını öz nitqində bildirdi.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin aparat rəhbərinin müavini Cənab Vasif Eyvazzadə çıxışında daim gənclərə dəstək olacağını, onlardan kreativ layihə təşəbbüslərini gözlədiyini və Nazirliyin daim gənclərə dəstək olacağını qeyd etdi.

Qeyd edək ki, “Respublika İnnovasiya Müsabiqəsi” info turları çərçivəsində ilk görüş “ADA” universitetində 11 sentyabr 2019-cu ildə baş tutmuşdur. Görüşdə dövlət rəsmiləri, sahibkarlar və bir neçə özəl şirkətin nümayəndələri iştirak edərək müsabiqənin mahiyyəti və əhəmiyyəti haqqında məlumat verdilər.