“Respublika İnnovasiya Müsabiqəsi” info turları çərçivəsində beçinci görüş UNEC -də 19 sentyabr 2019-cu il tarixində saat 11:00-da baş tutacaqdır. Təşkilatçı komanda tərəfindən təqdim olunacaq info sessiyada müsabiqə barədə ətraflı məlumat veriləcək və iştirakçıların sualları cavablandırılacaq. Görüş zamanı “Respublika İnnovasiya Müsabiqəsi” 2018-in qalibləri və onların uğurları barədə məlumat veriləcəkdir.

Qeyd edək ki, müsabiqənin 2019-cu il üçün qalib olacaq 2 komandası Estoniyada keçiriləcək beynəlxalq StartUp Day proqramına göndəriləcəkdir! Proqrama iqtisadi, ekoloji və sosial sahələrə aid innovativ layihə və ya ideya ilə müraciət edə bilərsiniz. İstənilən bir sahəyə aid olan yeni, kreativ və orijinal ideyanız ilə elə indi müraciət edin. 

 
Müsabiqəyə müraciət linki: http://ric.az/apply/
 
Özünüzə və ideyalarınıza güvənin və müraciət edin! 
 
#RepublicInnovationContest #RIC #RIM