Respublika İnformasiya Müsabiqəsi haqqında daha dolğun məlumat formalaşdırmaq və gəncləri layihədə iştiraka təşviq etmək üçün nəzərdə tutulan maarifləndirmə məqsədli görüşlər davam etməkdədir

Dayanıqlı İnkişaf Məqsədlərinin innovasiylar üzrə prioritetlərinin təşviqi məqsədilə elan edilmiş 3-cü Respublika İnnovasiya Müsabiqəsinin maarifləndirmə tədbirinin növbəti info turu 19.09.2019 tarixində Bakı Dövlət Universitetində baş tutdu.

“Respublika İnnovasiya Müsabiqəsi” Azərbaycan Finalının mükafatları:

– “Respublika İnnovasiya Müsabiqəsi” Azərbaycan Finalı qalibi bütün xərcləri qarşılanaraq 29-31 yanvar 2020-ci il

tarixlərində keçiriləcək “sTARTUp Day” proqramında Azərbaycanı təmsil edəcək!

Ölkə finalında ekspertlər tərəfindən ən potensiallı startap layihələri kimi seçilən 3 startap layihəsi uyğun olaraq aşağıdakı mükafatları qazanacaqlar:

– Birinci yer: 5,000 AZN,
– İkinci yer: 3,000 AZN,
– Üçüncü yer: 2,000 AZN.

– Eyni zamanda, 1 və ya 2 qalib layihə hər il həyata keçirilən “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə proqramı”-na göndərilən kiçik bizneslər kimi proqramda iştirak etmək hüququ qazanacaqdır. Proqram çərçivəsində layihələr 1 ay ərzində Almaniyada potensial müştərilər tapmaq imkanı qazanacaqdır.

– Bundan əlavə, müsabiqə qaliblərindən biri Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən “Fast Track Azərbaycan” proqramına dəvət olunacaq, həmçinin 1 nəfər isə Data Mərkəzin “Cloud4Start” mükafatını (3000 manat) – data və cloud servislər paketini əldə edəcəkdir.

Son müraciət tarixi: 23 sentyabr 2019-cu il

Müsabiqə haqqında ətraflı məlumat: http://ric.az/apply/

Özünüzə və ideyalarınıza güvənin və müraciət edin!