Əziz müraciətçilər!

Nəzərinizə çatdırmaq istəyirik ki, tərəfimizdən 200-dən çox layihə qəbul edilib!

15 ən yaxşı layihəni tapmaq üçün jürilər hər detalı incələyirlər. Növbəti günlərdə nəticələr səhifəmiz və veb saytımızda paylaşılacaq.

Respublika İnnovasiya Müsabiqəsi yaradıcı təşəbbüskarlar üçün təsis olunmuş innovativ idea və layihə müsabiqəsidir.
Layihə BMT-in 2030-cu ilədək Dayanıqlı İnkişaf üzrə Gündəliyinin məqsədlərini təşviq etmək, innovasiyaları həvəsləndirmək, eyni zamanda, “Azərbaycan 2020: Gələcəyə Baxış İnkişaf Konsepsiyası”nın və “Kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”nin icrasına dəstək, innovativ layihələrin müəyyən edilməsi və onların həyata keçirilməsinin stimullaşdırılması məqsədilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən keçirilir.