Respublika İnnovasiya Müsabiqəsi 2019-un final mərhələsinə seçilmiş 18 layihə üçün nəzərdə tutulan Boot kamplar davam edir. Belə ki, bu gün Boot Kampda ikinci dəfə araya gələn iştirakçılar günün ilk yarısında layihələrini daha effektli təqdim etməyin sirrinə yiyələndilər.

Nahar fasiləsindən sonra isə komandalar artıq hazırladıqları təqdimat formalarını münsiflər və mentorlar qarşısında təqdim etdilər. Bu həm də onların gələcəkdə investorlara edəcəkləri təqdimat üçün böyük bir təcrübə idi.

Sizlərlə iştirakçıların təqdimatlarını etdikləri sessiyanın şəkillərini paylaşırıq. Respublika İnnovasiya Müsabiqəsi haqqında olan yeniliklər və geridə qalan şəkillər üçün səhifəmizi izləyin!