Sessiyaların davam etdiyi bu günlərdə keçən həftə iştirakçılar yenidən bir araya gəldilər. Mentorumuz Vüsal Süleyman startaplarda məhsul & xidmətlərin inkişaf strategiyası mövzusunda startapçılara dəstək oldu.

Həmin gün  iştirakçılar Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən maliyyə resurslarına çıxış imkanları barədə, Sumqayıt Kimya Sənaye Parkı MMC tərəfindən isə sənaye parklarında rezidentlərin fəaliyyət göstərmələri üçün əsas şərtlər barədə maarifləndirilib.Həmçinin nümayəndələr startapçıların suallarını cavablandırıb.

Sessiyalar boyunca Vüsal Süleyman iştirakçılara bir startupın ilk günündən başlayaraq genişlənmə mərhələsinədək olan mərhələləri anlatdı .Eyni zamanda həm lokal, həm də beynəlxalq startuplarda yaşanan situasiyaları paylaşdı.

Artıq final yaxınlaşır, həyəcan artır. Bu gün komandalar son sessiyada iştirak edəcəklər. Final mərhələsi haqqında məlumatları səhifəmizi və veb saytımızı izləyərək öyrənə bilərsiniz.